Venesuela müxalifət lideri María Korina Maçado 2025-ci ilin Nobel Sülh Mükafatına layiq görülüb. Nobel Komitəsi onu “Latın Amerikasında mülki cəsarətin ən parlaq nümunəsi” adlandırıb və demokratik hüquqlar uğrunda mübarizəsinə görə tərifləyib.

Maçado illərdir prezident Nikolas Maduroya qarşı çıxır və onun hakimiyyətini qanunsuz sayır. Ölüm hədələrinə baxmayaraq, o, ölkədə qalaraq mübarizəsini davam etdirib və milyonlarla insana ilham verib.
Komitə sədri Jörgen Vatne Fridnes bildirib ki, Maçado “diktaturadan demokratiyaya dinc keçid uğrunda mübarizəsi” ilə seçilib.
Maçado mükafatı “bütün cəmiyyətin nailiyyəti” adlandırıb:
“Mən sadəcə bir insanam, bu uğur təkcə mənim deyil”, – deyib.
Komitə dünyada demokratiyanın gerilədiyini qeyd edib və ümid etdiyini bildirib ki, Maçado dekabrda Osloda keçiriləcək təqdimata qatıla biləcək.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
