Filippinlərin Mindanao bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Filippinlərdə 7,4 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi zəlzələnin yerdən 62 kilometr dərinlikdə gerçəkləşdiyini duyurub. Zəlzələnin ardından sunami xəbərdarlığı edilib.
Dalğaların zəlzələnin mərkəz (epitsentr) nöqtəsindən 300 kilometr məsafədəki sahillərdə təsirli ola biləcəyi bildirilib.
Filippinlər Seysmologiya Agentliyi orta və güney Filippinlərdəki sahil şəhərlərində yaşayan xalqa dərhal yüksək bölgələrə çıxış çağırışı verib. Afterşoklara qarşı diqqətli olunması xəbərdarlığı edilib. Zəlzələdə xəsarət və ya can itkisi olub-olmadığına dair hələ məlumat verilməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Şehrin Musayeva
