Qəzzadakı hökümətə bağlı "Media Ofisi "yazılı açıqlama yayaraq fələstinli rəsmi qurumlardan dəqiq və təsdiqlənmiş məlumat gəlmədən xalqın olduğu yerdən tərpənməməsini tövsiyə edib.

Açıqlamada, həmçinin şimaldan cənuba və ya əks istiqamətə yalnız rəsmi təhlükəsizlik göstərişləri elan edildikdən sonra hərəkət etməyin vacibliyi vurğulanıb.
Bu xəbərdarlığın məqsədinin mümkün pozuntular, hücumlar və ya İsrail işğal qüvvələrinin atəşkəsin qüvvəyə minməsi ərəfəsində törədə biləcəyi hadisələrə qarşı qabaqlayıcı tədbir olduğu bildirilib. Qeyd olunub ki, fələstinlilərin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir.
ABŞ Prezidenti Donald Tramp İsrail və Həmasın Qəzzədə atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini bəyan edib. Həmas və İsrail tərəfi də atəşkəs razılaşmasını təsdiqləyərək Türkiyə, Qətər, Misir və ABŞ-nin səylərini yüksək qiymətləndirib.
Mənbə : TRT HABER
Tərcümə etdi : Fidan Mənsimova
