Bu gün:

Erol Bulut Super Liqaya qayıdır


Emre Belözoğlu ilə yollarını qarşılıqlı olaraq ayıran "Antalyaspor" baş məşqçi postu üçün bir müddətdir boş qalan Erol Bulutla anlaşıb.

Yeni baş məşqçi axtarışında çoxsaylı şəxslərlə əlaqə saxlayan "Antalyaspor" rəhbərliyi müvəqqəti məzuniyyətə çıxan təcrübəli baş məşqçi Erol Bulutla anlaşıb. Hər iki tərəfin kiçik nöqsanlar aradan qaldırıldıqdan sonra müqaviləni yekunlaşdıracağı gözlənilir.

Erol Bulut əvvəllər Super Liqa klubları olan “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbaxça” və “Qaziantep FK”-nı çalışdırıb, daha sonra İngiltərə çempionatında çıxış edən “Kardiff Siti”-ni çalışdırıb. 50 yaşlı menecer bir il idi ki, başqa heç bir komandaya cəlb olunmayıb.

Mənbə: Son Dakika

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et