Bu gün:

Papa Leo qlobal bərabərsizliyi tənqid edib


Vatikan rəhbəri Papa Leo yeni sənədində dünyada artan iqtisadi bərabərsizlikləri və miqrantların vəziyyətini tənqid edib.

O bildirib ki, sərvətin az sayda şəxsin əlində cəmlənməsi milyonlarla insanı ədalətsiz şəraitdə yaşamağa məcbur edir.

Papa beynəlxalq ictimaiyyəti daha ədalətli iqtisadi sistem qurmağa və miqrantlara dəstək verməyə çağırıb. Onun sözlərinə görə, “bazar insanın xidmətində olmalıdır, insan bazarın yox.”

Sənəd Vatikan tərəfindən Papa Leo-nun ilk böyük bəyanatı kimi təqdim olunub və qlobal səviyyədə müsbət qarşılanıb.

Mənbə: Reuters

Tərcümə etdi : Zəhra Məlikova

Paylaş
Şərh əlavə et