2026-cı il futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsinin E qrupunda Türkiyə Milli Futbol Komandasının oktyabrın 11-i şənbə günü səfərdə Bolqarıstanla qarşılaşacağı matçı portuqaliyalı hakim Luis Qodinyo idarə edəcək.

UEFA-nın açıqlamasına görə, Qodinyoya Portuqaliya Futbol Federasiyasından Rui Teyşeyra və Pedro Almeyda kömək edəcək. Matçın dördüncü hakimi portuqaliyalı Migel Nogueira olacaq.
Vasil Levski adına Milli Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
https://www.hurriyet.com.tr/sporarena/bulgaristan-turkiye-macinin-hakemi-belli-oldu-42977462
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
