Bu gün:

"Tottenham Hotspur"a 100 milyon funt sərmayə yatırılıb


İngiltərənin tanınmış futbol klubu “Tottenham Hotspur”un əsas səhmdarları kluba 100 milyon funt sterlinq məbləğində sərmayə yatırıb.

Klub rəhbərliyi bu addımın “maliyyə vəziyyətini gücləndirəcəyini və yeni uğurlar üçün əlavə imkanlar yaradacağını” bildirib.

Məlumata görə, “Spurs”un əsas səhmdarı Luis Ailəsi Fondunun idarə etdiyi Enik adlı investisiya qrupudur. Hazırda klubun 86,58 faizi Enik-ə, qalan 13,42 faizi isə azlıq təşkil edən investorlar qrupuna məxsusdur.

Qeyd edək ki, klubun keçmiş prezidenti Daniel Levi Enik şirkətində 29,88 faiz paya malik olsa da, sentyabr ayında vəzifəsindən ayrıldıqdan sonra klubla birbaşa əlaqəsi qalmayıb.

Mənbə: BBC 

Tərcümə etdi: Zeynəb Şahmarova 

Paylaş
Şərh əlavə et