Türkiyənin önəmli xizək mərkəzlərindən biri olan Ərciyes dağının yüksək hissələrinə qar yağıb.
Ərciyes AŞ-dən verilən məlumata görə, dünən gecə saatlarında dağın Çobanini mövqeyindən zirvəyə qədər qar yağışı müşahidə olunub.
Yağış nəticəsində 3 min metrdən yüksək ərazilər ağ örpəyə bürünüb. Havanın temperaturu dağda sıfırın altında 3 dərəcəyədək enib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Şehrin Musayeva
