Çikaqoda fəaliyyət göstərən bir qrup jurnalist, mətbuat assosiasiyası, qeyri-hökumət təşkilatı və həmkarlar ittifaqı bazar ertəsi Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
İddiaçılar bildirirlər ki, federal agentlər yerli etiraz aksiyaları zamanı həm jurnalistlərə, həm də mülki şəxslərə qarşı “ifrat qəddarlıq” nümayiş etdiriblər.
52 səhifəlik iddia ərizəsində qeyd olunur ki, federal qüvvələr Miqrasiya və Gömrük İdarəsinin emal mərkəzi qarşısında keçirilən etiraz aksiyalarında heç bir təhlükə yaratmayan vətəndaşları və media nümayəndələrini məqsədli şəkildə “qorxutmaq və susdurmaq” üçün güc tətbiq ediblər.
İddiaçılar hesab edirlər ki, bu addımlar etirazçıların və jurnalistlərin ABŞ Konstitusiyasının Birinci Düzəlişi (First Amendment) ilə qorunan ifadə və azad toplaşma hüquqlarının açıq şəkildə pozulması deməkdir.
Hazırda məhkəmə prosesi ilə bağlı ilkin iclasın tarixi açıqlanmayıb.
Mənbə: Politico
Tərcümə etdi: Emiliya Vəlicanova
