Bu gün:

Donald Tramp federal pullara şəxsi “pul qabı” kimi baxır


ABŞ-nin sabiq prezidenti Donald Tramp yenidən federal maliyyə vəsaitlərindən istifadəyə dair açıqlamaları ilə gündəmə gəlib.

O, çərşənbə axşamı bəyan edib ki, bəzi məzuniyyətə buraxılmış dövlət qulluqçuları hökumətin bağlanmasından sonra əvvəlki vaxtlarda olduğu kimi geri maaşlarını ala bilməyə bilərlər.

CNN-in məlumatına görə, bu açıqlama Trampın vergi ödəyiciləri və ştatlar tərəfindən Vaşinqtona göndərilən federal pullara şəxsi “ehtiyat fondu” kimi baxdığının növbəti sübutu hesab olunur. O, bu vəsaitləri öz istədiyi şəkildə yönləndirməyi, sanki şəxsi büdcəsi kimi istifadə etməyi üstün tutur.

Tramp, xüsusilə, xoşuna gələn proqramlara böyük məmnuniyyətlə maliyyə ayırır. Məsələn, fermerlər üçün gömrük rüsumlarının yaratdığı itkiləri kompensasiya etmək məqsədilə hazırlanmış nəhəng yardım paketləri və ya onun yaxın dostu, Argentina prezidenti Xavyer Milei kimi “populist liderlərə” dəstək məqsədli maliyyə planları buna misaldır.

Mənbə: CNN

Tərcümə etdi: Nərmin Nəcəfova 

Paylaş
Şərh əlavə et