Bu gün:

“Watford” baş məşqçisini yenidən dəyişib


İngiltərənin “Watford” futbol klubu cəmi 10 oyundan sonra baş məşqçi Paulo Pezzolanonu vəzifədən azad edib. Klub rəhbərliyi onun yerinə daha əvvəl komandaya rəhbərlik etmiş Xavi Qrasiyanı gətirib.

42 yaşlı Pezzolano bu ilin may ayında, “Watford”un Tom Kleverlini vəzifədən uzaqlaşdırmasından sonra baş məşqçi postuna təyin edilib. Bununla da o, Qrasiyanın 2019-cu ildə klubdan ayrılmasından bəri “Watford”un 12-ci baş məşqçisi olub.

Komanda ötən mövsümü Kleverli rəhbərliyi altında 14-cü pillədə başa vurduqdan sonra yay transfer pəncərəsində 13 yeni futbolçu ilə heyətini gücləndirib. 

Mövsümə zəif başlayan “Watford” son üç qarşılaşmada 7 xal toplayaraq vəziyyəti nisbətən sabitləşdirib və hazırda liqada 11-ci pillədə qərarlaşıb. Bu oyunlardan biri ötən şənbə günü “Oxford United” üzərində qazanılan 2:1 hesablı qələbə olub.

Mənbə: BBC

Tərcümə etdi: Zeynəb Şahmarova


Paylaş
Şərh əlavə et