ABŞ-nin böyuk şəhərlərindəki hava limanları bağlanma səbəbindən geniş miqyaslı uçuş gecikmələri yaşayır. 
ABŞ-də hava sərnişinləri artıq ikinci gündür ki, uçuş gecikmələri və ləğvləri ilə üzləşirlər. Buna hökumətin bağlanması nəticəsində hava hərəkəti nəzarətçilərinin çatışmazlığının daha da pisləşməsi səbəb olub.
Çərşənbə axşamı axşam saatlarında uçuş gecikmələri daha çox hava limanlarını əhatə edib və xüsusilə Neşvill, Dallas, Çikaqo və Nyuark şəhərlərində vəziyyət daha ciddi olub.
Bazar ertəsi günü Kaliforniyadakı Hollywood Burbank Hava Limanında hava hərəkəti nəzarəti işçi çatışmazlığı səbəbindən, demək olar ki, altı saat ərzində idarə olunmayıb və uzaqdan idarəetmə sistemi vasitəsilə nəzarət edilib.
Nəqliyyat naziri Şon Daffi bildirib ki, hökumətin bağlanmasının artıq yeddinci gününə keçməsi işçilər arasında stress yaratdığı üçün bəzi hava hərəkəti nəzarətçiləri xəstəlik bəhanəsi ilə işə gəlmirlər. Onun sözlərinə görə, bəzi bölgələrdə işçi sayı bəzən 50%-ə qədər azalıb.
Mənbə: BBC
Tərcümə etdi: Əli Balayev
