Bu gün:

İstanbulda fabrik yanğını


İstanbulun Ataşehir şəhərində fabrikdə yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.Ferhatpaşa məhəlləsində 49-cu küçədə mətbəx və hamam ləvazimatları istehsal edən fabrikdə kartonun alışması nəticəsində yanğın baş verib. Alov sürətlə yayılaraq hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib.

Ataşehir və ətraf rayonlardan da yanğınsöndürmə briqadaları bölgəyə gələrək yanğını söndürmək üçün işlərə başlayıb. Təxliyə edilən və tüstüdən zəhərlənən bəzi işçilərə təcili tibbi yardım əməkdaşları hadisə yerində tibbi yardım göstəriblər. Ekipajlar yanğınla mübarizəni davam etdirir.

Mənbə: Hüriyyet 

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et