Bu gün:

Qızılın qiyməti 4000 ABŞ dollarını keçib


Bu gün beynəlxalq maliyyə bazarlarında qızılın qiyməti rekord həddə – 1 unsiya üçün 4,000 dollara yüksəlib.Mütəxəssislər bu artımı siyasi qeyri-müəyyənlik, ABŞ-də faiz dərəcələrinin azalacağı gözləntiləri və dünya iqtisadiyyatında sabitliyin zəifləməsi ilə əlaqələndirirlər.

Qızıl, adətən, iqtisadi və siyasi risklərin  artdığı dövrlərdə “təhlükəsiz liman” kimi dəyərləndirilir. Bu səbəbdən investorlar səhmlərdən daha çox qızıla yönəlir.

Analitiklər bildirir ki, bu vəziyyət ilin sonuna qədər davam edə bilər.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et