Bu gün:

"TeamLab Biovortex Kyoto" muzeyi açılıb


Yaponiyanın Kyoto şəhərində yerləşən teamLab Biovortex Kyoto muzeyi 7 oktyabr 2025-ci ildə rəsmi olaraq açılıb.Bu muzey məşhur rəssam kollektivinin Yaponiyada açdığı ən böyük daimi sərgi məkanıdır və 10.000 kvadrat metr sahəni əhatə edir. Muzey, Kyoto Stansiyasının cənub-şərq hissəsində yerləşir və ziyarətçilərə rəqəmsal sənət əsərləri ilə interaktiv təcrübə təqdim edir.

Açılış sərgisi "Varoluşun Kainatı, Qavrayışın Kainatı" adlı mövzuda təşkil olunub və 50-dən çox rəqəmsal əsəri nümayiş etdirir. Bu sərgi TeamLab kollektivinin rəqəmsal sənət sahəsindəki ən son yeniliklərini və innovativ yanaşmalarını təqdim edir.

Mənbə: businesswire

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et