Misirdə İsrail və HƏMAS arasında Qəzza danışıqları davam edərkən ABŞ prezidenti Tramp tənqidi açıqlamalar verib. Tramp "Qəzza ilə bağlı razılaşmaya yaxınıq. Razılaşma əldə edildikdə, hamının əməl etməsi üçün hər şeyi edəcəyik"- dedi.

"Oval Ofis"də Kanada baş nazirini qəbul edərkən ABŞ prezidenti Tramp Yaxın Şərq gündəmi ilə bağlı mətbuatın suallarını cavablandırıb.
Tramp Qəzza zolağında atəşkəs prosesi ilə bağlı danışıqlar aparmaq üçün bir nümayəndə heyətinin Misirə getdiyini və davam edən danışıqlar prosesini vurğulayaraq yeni bir heyətin yeni ayrıldığını bildirib.
"Biz Qəzza ilə bağlı çox ciddi danışıqlar aparırıq. İnanıram ki, Yaxın Şərqdə sülh əldə oluna bilər" - ABŞ prezidenti deyib. "Gördüyümə görə, bu planı dəstəkləməyən ölkə yoxdur. Bizim, həqiqətən də, Yaxın Şərqdə nəsə etmək şansımız var".
O, həmçinin qeyd edib ki, onlar müharibəni bitirməyə çox yaxındırlar.
Mənbə: CNN Türk
Tərcümə etdi: Piranə Xasiyeva
