Qəzza müharibəsindən iki il sonra İsrail və HƏMAS arasında atəşkəs və girovların azad olunması ilə bağlı razılaşma şansı yaranıb. 7 oktyabr 2023 hücumlarında HƏMAS 1,200 israillini öldürmüş, 251 nəfəri girov götürmüşdü. İsrailin cavab əməliyyatlarında isə 66 mindən çox fələstinli həlak olub.

Hazırda danışıqlar Misirin Şarm əl-Şeyx şəhərində Qətər və ABŞ vasitəçiliyi ilə aparılır. Donald Trampın “20 maddəlik Qəzza planı” əsas sənəd sayılır. Tramp hər iki tərəfə təzyiq edərək sülhə nail olmağa çalışır.
İsrail baş naziri Netanyahu “tam qələbə” – HƏMAS-ın məhvi və girovların qaytarılması – hədəfini qoruyur, HƏMAS isə sağ qalmaq və az da olsa gücünü saxlamaq istəyir.
Sülh mümkün olsa da, həm İsraildə, həm də HƏMAS daxilində müharibənin davamını istəyən qüvvələr prosesi çətinləşdirir.
Mənbə: BBC
Tərcümə edən: Nuray Ədilzadə
