Bu gün:

HƏMAS-ın "7 Oktyabr" mesajı


HƏMAS oktyabrın 7-si ilə bağlı açıqlamasında "İsrail işğalına tarixi cavab" ifadəsini işlədib.

HƏMAS oktyabrın 7-də başlayan Əl-Əqsa tufanı əməliyyatının İsrail işğalına “tarixi cavab” olduğunu bəyan edib. Həmas qeyd edib ki, İsrail beynəlxalq ictimaiyyətin susqunluğuna baxmayaraq, iki ildir ki, Qəzzada fələstinli dinc sakinlərə qarşı cinayətlərini israrla davam etdirir. Bəyanatda deyilir: "Müharibə regiona və ətraf ərazilərə həm siyasi, həm də hərbi təsir göstərməkdə davam edir. Bu müharibə regionun siyasi və hərbi mənzərəsində böyük dönüş nöqtəsi oldu. Aradan iki il keçdi və xalqımız öz torpaqlarında kök salmış, müqaviməti ətrafında birləşmiş, milli prinsiplərinə möhkəm sadiq qalmış, öz müqəddəratını təyin etmək hüququnu müdafiə edərək, qeyri-qanuni qəyyumluq layihələrindən azaddır".

Mınbə: Cnn türk 

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et