Bu gün:

Şimali Koreya hakerləri kripto sahiblərini hədəfə alır


Tədqiqatçılara görə, Şimali Koreya hakerləri bu il ərzində varlı kriptovalyuta sahiblərini hədəf alaraq 2 milyard dollardan (1,49 milyard funt) çox vəsait oğurlayıblar. BMT-nin hesablamalarına əsasən, bu oğurluqlar Şimali Koreyanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 13 faizini təşkil edir və bu, rejimlə əlaqəli hakerlər üçün yeni rekord sayılır.

Son illərdə Lazarus Group kimi haker qrupları əsasən kriptovalyuta şirkətlərinə hücum edərək böyük məbləğdə rəqəmsal tokenlər ələ keçirirdilər.

Lakin Elliptic adlı tədqiqat şirkətinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, son dövrlərdə varlı fərdi kripto sahibləri də hədəfə çevriliblər, çünki onlar şirkətlər qədər güclü təhlükəsizlik tədbirləri görmürlər.

Qərb təhlükəsizlik agentliklərinin bildirdiyinə görə, bu yolla əldə edilən vəsaitlər Şimali Koreyanın nüvə silahları və raket proqramlarının maliyyələşdirilməsində istifadə olunur.

Mənbə: BBC 

Tərcümə etdi: Fidan Ağayeva 

Paylaş
Şərh əlavə et