Bu gün:

ABŞ və Çin bərpa olunan enerji proqnozlarını zəiflədir


Beynəlxalq Enerji Agentliyi (IEA) ABŞ və Çindəki zəif proqnozları əsas gətirərək bərpa olunan enerji artımı ilə bağlı proqnozunu 2030-cu ilə qədər azaldıb.

Paris mərkəzli agentliyin çərşənbə axşamı dərc etdiyi hesabatda bildirilir ki, ümumi bərpa olunan enerji gücünün 2030-cu ilə qədər 4,600 giqavat (GW) səviyyəsinə çatacağı gözlənilir. Bu rəqəm ötən ilin proqnozu ilə müqayisədə 900GW azdır (ötən il 5,500GW proqnozlaşdırılmışdı). 

Bu, iqlim dəyişikliyi ilə mübarizə üçün 2030-cu ilə qədər bərpa olunan enerjidən istifadənin üç dəfə artırılmasını nəzərdə tutan qlobal hədəfin uğursuz olacağını göstərir. 

Hesabatda qeyd olunur ki, ABŞ və Çində dövlət dəstəyi və investisiyaların azalması bu azalmaya əsas səbəblərdən biridir.

Mənbə: Aljazeera 

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et