Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun noyabr ayının sonunda Türkiyəyə səfər edəcəyi açıqlanıb.

Bu səfər Papa üçün ilk xarici səfər olacaq və İznik Konsilinin 1700-cü ildönümü münasibətilə təşkil olunur. Vatikanın 7 oktyabr tarixində verdiyi məlumata görə, Papa 27-30 noyabr tarixləri arasında Türkiyədə olacaq. Eyni zamanda, Vatikan şəhər dövlətinin rəhbəri olan Papa bu səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirəcək. Vatikan hələlik səfərin detallı proqramını açıqlamayıb, lakin bildirib ki, bu səfər birinci İznik Konsilinin 1700-cü ildönümü münasibətilə İznikə ediləcək ziyarəti də əhatə edir.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
