Bu gün:

Barselona La Liqa oyununu Mayamidə keçirməyi planlayır


UEFA bu mövsüm bəzi La Liqa oyunlarının ölkə xaricində keçirilməsinə razılıq verib. Qərara əsasən, "Barselona" və "Vilyarreal" komandaları arasında keçiriləcək qarşılaşma dekabr ayında ABŞ-nin Mayami şəhərində baş tuta bilər.

Bu addım İspaniyada futbol ictimaiyyəti arasında mübahisələrə səbəb olub. Yerli azarkeşlər La Liqa oyunlarının ölkə hüdudlarından kənarda keçirilməsini ənənəvi futbol dəyərlərinə zidd hesab edirlər.

"Barselona" son turda uğursuz nəticə ilə yadda qalıb. Kataloniya təmsilçisi "Sevilya"ya 4:1 hesabı ilə məğlub olub, hücumçu Robert Levandovski isə penalti zərbəsindən yararlana bilməyib.

Komandanın baş məşqçisi Hansi Flik bildirib ki, Lamin Yamal, Rafinya və Fermin Lopesin yaxın günlərdə meydana qayıdacağı gözlənilir. Alman mütəxəssis bu futbolçuların bərpasının komanda üçün önəmli rol oynayacağını vurğulayıb.

UEFA-nın bu qərarı gələcəkdə digər Avropa liqalarının da oyunlarını xaricdə keçirməsinə yol aça bilər.

Mənbə: The guardian, Reuters, BarcaBlaugranes

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et