İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci il Nobel Fizika Mükafatının sahibləri açıqlanıb.
Açıqlamaya görə, ABŞ-nin Kaliforniya əyalətində çalışan ingilis Con Klark, fransız Mişel Devore və ABŞ-li Con Martinis, "elektrik dövrəsində makroskopik kvant mexaniki tunelləmə və enerji kvantlaşdırılmasının kəşfi" ilə əlaqədar apardıqları işlərə görə bu mükafata layiq görülüblər.
2024-cü il Nobel Fizika Mükafatı isə "süni sinir şəbəkələri ilə maşın öyrənməsini təmin edən işlərə" imza atan ABŞ-li Con Hopfild və İngiltərə əsilli Kanada vətəndaşı Ceofri Hinton'a verilib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Şehrin Musayeva
