ABŞ Ali Məhkəməsi Gisleyn Maksvell-in insan alveri hökmünə qarşı apellyasiyasını qəbul etməyib. Bu qərarla onun 20 illik həbs cəzası qüvvədə qalıb.
Maksvell 2021-ci ildə maliyyəçi Ceffri Epşteyn üçün yeniyetmə qızları aldatmaq və istismara cəlb etməkdə təqsirli bilinib. Epşteyn isə 2019-cu ildə həbsxanada ölü tapılıb.
Maksvell-in vəkili bildirib ki, onlar bu qərardan dərin məyus olublar, lakin ədalətin bərqərar olması üçün hüquqi mübarizəni davam etdirmək niyyətində olublar.
Epşteynin qurbanı Virciniya Roberts Giuffre-nin ailə üzvləri məhkəmənin qərarını alqışlayıb və Maksvell-in tam şəkildə cəzasını çəkməsini istəyiblər.
Ağ Ev Trampın onu əfv edə biləcəyi barədə yayılan iddiaları təkzib edib. Maksvell hazırda Texas ştatında yerləşən qadınlar üçün aşağı təhlükəsizlikli həbsxanada cəzasını çəkib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
