İsrail və HƏMAS nümayəndələri ABŞ-ın Trampın təklif etdiyi Qəzza sülh planı üzrə Misirin Şarm-əl-Şeyx şəhərində dolayı danışıqlara başlayıblar. Görüşlərdə əsas məqsəd israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün şəraitin yaradılmasıdır.

HƏMAS planın bəzi hissələrinə razı olsa da, silahsızlanma və Qəzzanın gələcək idarəsindəki rolu kimi tələblərə cavab verməyib. İsrailin baş naziri yaxın günlərdə girovların azad ediləcəyini açıqlayıb.
20 maddəlik plan döyüşlərin dayandırılması, girovların azad olunması və humanitar yardımın dərhal Qəzzaya göndərilməsini nəzərdə tutur. Tramp prosesi “bu həftə başa çatdırmağa” çağırıb.
Qəzzada isə İsrail hücumlarını davam etdirir, yüz minlərlə sakin evlərini tərk etməyə məcbur olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
