Bu gün:

Suriyada Əsəd sonrası ilk seçki! Nəticələr hazırdır!


Suriya daxilində 11 əyalətdə keçirilən Xalq Məclisi seçkilərində 119 millət vəkili seçilib. Rakka, Həsəkə və Sueydə seçkiləri siyasi həll yoluna qoyulana qədər təxirə salınsa da, prezident Əhməd Şəraa tərəfindən təyin ediləcək üçdə bir kvotanın bu həftə yekunlaşacağı bildirilir.

Ali Seçki Komitəsinin sözçüsü Nəvvər Nəcmə Dəməşqdəki Xalq Məclisinin binasında keçirilən mətbuat konfransında seçkinin nəticələrini ictimaiyyətə açıqlayıb.

Nəcmə 119, cəmi 140 yerin seçildiyini bildirib. Qalan 21 yer isə Hələbin Aynu'l-Ərəb rayonunda və Rakka, Həsəkə və Suveyda əyalətlərində siyasi həllin əldə olunmasından sonra keçiriləcək seçkilərdə doldurulacaq.

Nəcmə, seçilmiş deputatlar arasında altı qadın və iki xristian deputatın olduğunu və prezident Əhməd Şəranın təyin etdiyi üçdə bir kvotanın seçki kollegiyasından müstəqil olacağını qeyd edib.

Nəcmə həmçinin elan edib ki, Ali Seçki Komissiyası Hasəkə, Rəqqa və Suveydada seçkilərin keçirilməsi planlarını müzakirə etmək üçün sabah toplanacaq. Seçkilərin nəticələrinə görə, Hələbdən 30, Dəməşqdən 10, Kənd Dəməşqdən 12, Humsdan 12, Həmadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr əz-Zordan 10, İdlibdən 12, Dəradan 6 və Quneytrə xalqından 3 deputat seçkiyə girmək hüququ qazanıb.

Bu arada, Xalq Məclisi seçkiləri ilə bağlı mətbuat konfransında çıxış edən Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd 119 “suriyalı namizədin” parlamentdə yer qazandığını açıqlayıb.

Əhməd öz qiymətləndirməsində, "Bizim üçün önəmli olan kvota və ya bölgülər deyil, ölkə üçün işləyə biləcək və yenidənqurma prosesinə töhfə verə biləcək səlahiyyətli şəxslərin seçilməsidir" dedi.

Yüksək Seçki Komissiyasının üzvü İmad Bark qeyd edib ki, prezident Əhməd Şara tərəfindən təyin olunacaq 70 deputat bu həftə müəyyənləşəcək və ayın sonuna doğru Xalq Məclisinin ilk iclasının keçirilməsi gözlənilir.

Mənbə: Cnn türk

Tərcemə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et