ABŞ Ali Məhkəməsi Cefri Epşteyn işi ilə bağlı təqsirli bilinən Ghislaine Maxwell-in apellyasiya müraciətini qəbul etməyib. Məhkəmə heç bir səbəb göstərmədən qərar çıxarıb və onun 20 illik həbs cəzasını qüvvədə saxlayıb.
Maxwell-in vəkili David Oscar Markus BBC-yə açıqlamasında qərardan məyus olduqlarını, lakin ədalətin təmin olunması üçün mübarizəni davam etdirəcəklərini bildirib.
Ghislaine Maxwell 2021-ci ildə yetkinlik yaşına çatmayan qızları keçmiş sevgilisi Cefri Epşteyn üçün aldatmaqda və istismara şərait yaratmaqda təqsirli bilinib. Epşteyn 2019-cu ildə həbsxanada intihar edərək ölü tapılıb.
Epşteyn-in qurbanlarından biri olan Virginia Giuffre-nin ailəsi məhkəmənin qərarını alqışlayıb və Maxwell-in cəzasını tam çəkməsini istədiklərini bildirib.
ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı şərh verməyib. Maxwell son aylarda federal agentlər tərəfindən dindirilib və Trampın Epşteyn ilə münasibətləri barədə suallara cavab verib.
Hazırda o, Texas ştatında minimum təhlükəsizlik səviyyəli həbsxanada cəzasını çəkib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva