Bu gün:

Uzun zamandan sonra Sezen Aksu’nun son vəziyyəti gündəm olub


Uzun müddət mediadan uzaq qalan Türk musiqisinin “Minik Serçesi” Sezen Aksu 2017-ci ildə çıxardığı albomundan tam səkkiz il sonra yenidən pərəstişkarları ilə görüşüb. Lakin albom çıxmadan bir müddət əvvəl, on altı ildir yanında olan və heç vaxt ayrılmadığı pişiyi Sütlü’nü itirən Aksu’nun dərin bir kədərə büründüyü bildirilib. Bir neçə gün sonra Kanlıca sahilində gəzinti zamanı Habertürk jurnalisti Eren Gürelin kamerasına tuş gələn Sezen Aksu’nun son vəziyyəti diqqət çəkib.

Türk musiqisinin əfsanəvi sənətkarı Sezen Aksu illər boyu davam edən karyera fasiləsinə bu ilin iyun ayında davam edib.

Doqquz il əvvəl səhnələrdən çəkilən və səkkiz il ərzində yeni albom təqdim etməyən “Minik Serçe”, "Paşa Gönül Şarkıları" adlı albomu ilə yenidən pərəstişkarlarının qarşısına çıxıb.

Lakin albom sevincini qısa müddətdə dərin bir kədər əvəz edib. Sənətkarın on altı ildir yanında olan sevimli pişiyi Sütlü albom çıxmazdan bir neçə gün əvvəl vəfat edib. Sezen Aksu’nun bu itki ilə dərin yas keçirdiyi və uzun müddət evindən çıxmadığı bildirilib.

Uzun müddət mediadan uzaq bir həyat sürdüyü qeyd edilən Sezen Aksu son saatlarda İstanbul küçələrində gəzərkən görüntülənib.

Habertürkdən Eren Gürelin məlumatına görə, Aksu pərəstişkarlarının selfie tələblərini geri çevirməyib və hər zaman olduğu kimi səmimi bir təbəssümlə qarşılayıb.

Usta sənətkarın küçə üslubu da diqqətdən yayınmayıb. Kameraları görüncə təbəssüm edən Sezen Aksu daha sonra gəzintisinə davam edib.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et