Bu gün:

Fransanın Baş naziri istefa verib


Fransanın Baş naziri Sebastien Lekornu hökumətin yeni tərkibinə qarşı yaranan narazılıqlardan sonra istefa verib. 

Bu barədə “Le Figaro” nəşri Elize sarayına istinadən məlumat yayıb.

Prezident Emmanuel Makron Lekornunun istefasını qəbul edib. Onun Baş nazir kimi fəaliyyəti cəmi 27 gün davam edib ki, bu da Beşinci Respublika tarixində ən qısa müddətli baş nazirlik dövrü hesab olunur.

Hökumətin bu şəkildə yenilənməsi müxalifət və ictimaiyyət tərəfindən sərt tənqidə səbəb olub.

Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et