Bu gün:

Trampdan Qəzza planı üçün “cəld hərəkət” çağırışı


ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibəni bitirməyə çalışan bütün tərəflərə “tez hərəkət etmələri” ilə bağlı çağırış edib. 

Həmasla İsrail arasında dolayı danışıqların bu gün Misirdə başlaması gözlənilir. Görüşmələr Həmasın ABŞ-nin 20 maddəlik sülh planının bəzi hissələrini qəbul etməsindən sonra başlayacaq. Planın Həmas vasitəsilə qəbul edilən hissəsində israilli girovların azad edilməsi və Qəzzanın idarəçiliyinin fələstinli texnokratlara verilməsi nəzərdə tutulur. Həmas isə digər məsələlər üzrə danışıqlar aparmaq istəyir. Təşkilatın plana verdiyi cavabda silahsızlanma və gələcəkdə Qəzzanın idarəsində iştirak etməmək tələblərindən bəhs olunmur.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et