Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misirin xarici işlər nazirləri bu gün ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq üçün danışıqlara başlamaqla bağlı HƏMAS-ın təklifini alqışlayıblar.
Səkkiz ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında aşağıdakılar yer alıb:
"Xarici işlər nazirləri həmçinin ABŞ prezidenti Trampın İsraili bombardmanları dərhal dayandırmaq və mübadilə sazişinin icrasına başlamaq çağırışını alqışlayıblar və onun regionda sülhün bərqərar olunmasına sadiqliyini yüksək qiymətləndiriblər. Nazirlər bu inkişafın hərtərəfli və davamlı atəşkəsə nail olmaq və Qəzza əhalisinin üzləşdiyi ağır humanitar vəziyyətləri həll etmək üçün real fürsət olduğunu vurğulayıblar.
Xarici işlər nazirləri həmçinin HƏMAS-ın Qəzzanın idarəsini müstəqil texnokratlardan ibarət müvəqqəti Fələstin İnzibati Komitəsinə təhvil verməyə hazır olduqları barədə açıqlamasını alqışlayıblar. Onlar təklifin həyata keçirilməsi mexanizmlərinin razılaşdırılması və planın bütün elementlərinin həlli üçün dərhal danışıqlara başlanmasının vacibliyini vurğulayıblar.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aysel Mirzəyeva
