Türkiyədə keçirilən Havalı Silahlar üzrə Avropa Çempionlar Liqasında milli snayperlər Yusuf Dikəç və Mustafa İnan Almaniya yığmasını məğlub edərək qızıl medal qazanıblar.

Yusuf Dikəçin heç bir xüsusi avadanlıqdan istifadə etmədən reallaşdırdığı atışlar sosial şəbəkələrdə növbəti dəfə böyük marağa səbəb olub. İstifadəçilər onu yenə “The Turkish John Wick” — “Türkiyəli Con Vik” kimi adlandırıblar.
Yusuf Dikəç 2024 Paris Olimpiya Oyunlarında da ən çox müzakirə olunan idmançılardan biri olub. Rəqiblərinin yüksək texnoloji avadanlıqlarından istifadə etməsinə baxmayaraq, onun əli cibində etdiyi atışlarla gümüş medal qazanması bütün dünyada viral olmuş və geniş şəkildə paylaşılıb.
Bu dəfə isə Dikəç İstanbulda təşkil edilən Avropa Çempionatında 10 metr məsafədən havalı tüfəng üzrə kişi kateqoriyasında Mustafa İnan ilə birlikdə qızıl medalın sahibi olub.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
