Bu gün:

Ukraynada Rusiya hücumlarında 5 nəfər həlak olub


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ötən gecə Rusiyanın raket və dron hücumları nəticəsində beş nəfər ölüb, on minlərlə insan işıqsız qalıb.

Polşa hava məkanının təhlükəsizliyi üçün qırıcı təyyarələr qaldırıb, NATO təyyarələri də havaya qalxıb.


Lvov yaxınlığındakı Lapaivka kəndində bir ailənin dörd üzvü, o cümlədən 15 yaşlı qız həlak olub. Daha bir nəfər Zaporojyedə ölüb.


Zelenski deyib ki, Rusiya 50-dən çox raket və 500-ə yaxın dron atıb. Hücumlar Lvov, Zaporojye, Xarkov, Xerson, Odessa və digər bölgələri əhatə edib.


Prezident əlavə edib: “Bizə daha çox hava müdafiəsi lazımdır. Səmalarda atəşkəs real diplomatiyaya yol aça bilər". 


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et