Bu gün:

Azərbaycanda dron istehsalına start verildi


Oktyabrın 4-də məlum olub ki, Türkiyənin “Baykar Makina” şirkətinin törəmə qurumu — “Bayraktar Teknoloji Azerbaijan” MMC Azərbaycanda pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.


Yeni müəssisə yerli texnoloji potensialın gücləndirilməsi və müdafiə sənayesinin inkişafı baxımından mühüm addım hesab olunur. İstehsal prosesi həm hərbi, həm də mülki sahələrdə tətbiq oluna biləcək PUA-ların hazırlanmasını nəzərdə tutur.

 Bu təşəbbüs ölkənin texnoloji müstəqilliyini artırmaqla yanaşı, Türkiyə-Azərbaycan əməkdaşlığını da yeni mərhələyə daşıyacaq.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et