Bu gün:

Diddy günahını etiraf edib və dörd il həbs cəzası alıb


Sean “Diddy” Combs məhkəmədə 50 ay (4 ildən bir az çox) həbs cəzası alıb. 

O, iki keçmiş sevgilisinə qarşı fahişəliklə bağlı ittihamlardan məhkum olunub. Ən ağır ittihamlar olam cinayətkar şəbəkə yaratmaq və seks-traffikinq üzrə günahsız sayılıb. Prokurorlar onun qadınları məcbur etdiyini, zorakılıq və narkotiklərlə idarə etdiyini bildiriblər. Müdafiə tərəfi isə Combs-un dəyişdiyini, həbsxanada nümunəvi davrandığını və artıq peşman olduğunu deyib.

Məhkəmədə Combs öz günahını etiraf edib, keçmiş sevgililəri Casandra Ventura və “Jane”dən, həm də övladlarından üzr istəyib. Hakim Arun Subramanian qərarda bildirib ki, Combs qadınları fiziki, emosional və psixoloji zorakılığa məruz qoyub və bu əməllər uzunmüddətli travma yaradıb. Cəzasına əlavə olaraq Combs 500 min dollar cərimə ödəyəcək. O, həbsdə keçirdiyi 13 ayı cəzasından çıxılacaq. Vəkilləri hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et