Bu gün:

Qəzzada şok: Tramp ABŞ sülh planına Həmasın reaksiyasını alqışlayır


Qəzza sakinləri ABŞ prezidenti Donald Trampın ərazi üçün hazırladığı sülh planına Həmasın reaksiyasını müsbət qarşılamasına təəccüblə reaksiya veriblər.

Yüzlərlə fələstinli sosial media hesablarımı və mesaj proqramlarını suallarla doldurub: “Müharibə bitdi?” və “Bu, yuxudur, yoxsa reallıq?"

Gecə baş verən sürətli hadisələr bir çox insanı növbəti addımın nə olacağını anlamaqda çətin vəziyyətdə qoyub. Həmasın vasitəçilərin köməyi ilə hazırlandığı düşünülən diqqətlə tərtib edilmiş bəyanatı planı açıq şəkildə rədd etməyib, lakin şərti bir “bəli” cavabı verib.

Həmas israilli girovların azad edilməsi və Qəzzanın idarəçiliyinin fələstinli texnokratlara təhvil verilməsi ilə bağlı Trampın şərtlərini qəbul edib, lakin onun 20 maddəlik təklifinin digər hissələrinə aydın cavab verməyib.

Bir çox fələstinlinin sözlərinə görə, bu, topu yenidən İsrailin meydanına atan hesablanmış bir cavab idi.

Bəyanat dərc olunduqdan dərhal sonra Tramp sosial mediada Həmasın sülhə hazır olduğuna inandığını yazıb və İsraili Qəzzanın bombalanmasını dayandırmağa çağırıb.

Qəzza ərazisindəki fələstinlilər arasında reaksiyalar ümiddən dərin şübhəyə qədər dəyişirdi. Bəziləri qorxur ki, Həmas bir tələyə düşüb – İsrail girovlarını geri alıb müharibəyə yenidən başlaya bilər. Digərləri isə 2 ildir davam edən münaqişənin sona çatması üçün tarixi bir fürsətin yarandığına inanır.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et