İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada ölkənin “Trampın sülh planı” çərçivəsində ABŞ ila birgə çalışacağı və planın birinci mərhələsini dərhal həyata keçirməyə hazırlaşdığı bildirilib.

Açıqlamada deyilir: “Hamasın reaksiyası fonunda İsrail Trampın planına uyğun olaraq girovların dərhal azad edilməsinə hazırlaşır. Prezident və onun komandası ilə İsrail tərəfindən irəli sürülən və Trampın baxışı ilə üst-üstə düşən, müharibəni bitirməyə yönəlmiş prinsiplər əsasında tam əməkdaşlıqla çalışmağa davam edəcəyik.”
İsrail mediasında yer alan xəbərlərə görə, İsrail danışıqlar heyətinə bu gün yola düşməyə hazır olmaları barədə göstəriş verilib.
Ağ Ev rəsmisi isə bildirib ki, Trampın kürəkəni Kared Kuşner və Trampın nümayəndəsi Stiv Witkoff girovların azad edilməsi ilə bağlı detalları yekunlaşdırmaq üçün Misirə gediblər. Qeyd olunub ki, onlar planla bağlı təfərrüatlar üzərində görüş keçirəcəklər.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
