Bu gün:

“Azadlıq Donanması” Qəzzaya yaxınlaşır


İsrailin blokadasını yarmaq məqsədilə hərəkətə keçən “Qlobal Sumud Donanması”nın qarşısı alındıqdan sonra “Azadlıq Donanması” İtaliyadan yola düşüb. Donanmanın 3–4 gün ərzində Qəzza sərhədlərinə çatacağı gözlənilir.İtaliyadan yola düşən 9 gəmidən ibarət “Azadlıq Donanması” Krit sahillərinə çatıb. Donanma 3-4
gün ərzində Qəzza sərhədinə çatmağı hədəfləyir.

“Azadlıq Koalisiyası Donanması” İsrailin Qəzzaya qarşı qanunsuz blokadasını yarmaq və humanitar yardım çatdırmaq məqsədilə səfərini davam etdirir. Gəmilərdə təxminən 100 nəfər var və onlar humanitar yardım ilə tibbi ləvazimat daşıyırlar.

“Azadlıq Donanması”nın Türkiyə təmsilçisi Beheşti İsmail Songür, 3–4 gün ərzində Qəzza sərhədinə çatacaqlarını bildirib. “Vicdan” gəmisinin başçılıq etdiyi donanmada dünyaca tanınmış tibb işçiləri, həkimlər, tibb bacıları və Türkiyədən 3 millət vəkili də yer alır.

“Qlobal Sumud Donanması” da İsrailin blokadasını yarmaq üçün Qəzzaya yola çıxmışdı. Lakin İsrail ordusunun basqınları nəticəsində donanmanın Qəzzaya çatmasının qarşısı alınıb.

Mənbə: CNN türk

Tərcümı etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et