Bu gün:

Qanunsuz mərc oyunlarını reklam edən sosial media hesabları bloklanıb


Ticarət Nazirliyinin Reklam Şurası qeyri-qanuni mərc və qumar oyunlarını reklam etdiyi müəyyən edilən yüksək izləyici sayına malik 10 sosial media hesabına girişin bloklanmasına qərar verib.

Nazirlikdən verilən məlumata görə, 11 sentyabr 2025-ci ildə keçirilən Reklam Şurasının 361-ci iclasında əsas müzakirə mövzularından biri qanunsuz mərc və qumar reklamları olub.

Araşdırmalar nəticəsində bu hesabların reklamlar vasitəsilə istifadəçiləri müxtəlif qanunsuz saytlara yönləndirdiyi aşkarlanıb. Nəticə olaraq, həmin sosial media hesablarının fəaliyyətinə məhdudiyyət qoyulub.

Açıqlamada qeyd olunur ki, sözügedən hesablar və qanunsuz mərc saytlarının ünvançıları barədə hüquqi araşdırmaların başlanması üçün müvafiq orqanlara müraciət ediləcək.

Nazirlik bildirib ki, istehlakçıların hüquqlarının qorunması, eləcə də qanunsuz reklam fəaliyyətinə qarşı mübarizə istiqamətində tədbirlər davam etdiriləcək. Xüsusilə gənclərin bu kimi zərərli təsirlərdən qorunması üçün fasiləsiz yoxlamalar aparılacaq.

Mənbə: TRT Haber

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et