Bu gün:

HƏMAS-ın ABŞ planına cavabı əhəmiyyətli olub


HƏMAS ABŞ-nin Qəzza ilə bağlı sülh planına cavab verib. Qrup girovların azad edilməsinə razılaşıb, amma bunu müəyyən şərtlərlə edib. Trampın planında döyüşlərin dayandırılması və girovların 72 saat ərzində dəyişdirilməsi nəzərdə tutulub.

HƏMAS həm də Qəzzanın idarəsini texnokratlara təhvil verməyə razı olub. Lakin silahı yerə qoymaq şərtinə toxunmayıb.


İsrail hökuməti bunun səmimi addım olub-olmadığını dəyərləndirib. Tramp isə “böyük gün” olduğunu deyib və İsraildən bombardmanı dayandırmağı tələb edib.


Amma yekun saziş üçün hələ çox iş görülməli olub.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et