Bu gün:

Prezident Ərdoğan ABŞ Prezidenti Trampla görüşüb


Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın xahişi ilə telefonla danışıb.

Rabitə Müdirliyinin NSocial hesabından verilən açıqlamaya görə, Prezident Ərdoğan ABŞ Prezidenti Trampın istəyi ilə telefon danışığı aparıb. Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Vaşinqtona səfərlərinin Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində addımların atılmasının vacib olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyənin Qəzzada başda olmaqla bütün bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün sıx səylər göstərdiyini bildirib və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışlayıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et