Bu gün:

Donald Tramp ölkə hökumətini böhranla üz-üzə qoyub


ABŞ prezidenti Donald Tramp bildirib ki, büdcə direktoru ilə birlikdə hansı “Demokrat agentliklərinin” bağlanacağını müəyyənləşdirib. O, respublikaçıların fürsətdən istifadə edərək “lazımsız işlərdən qurtulmalı” olduqlarını vurğulayıb və demokratların tibbi sığorta subsidiyaları ilə bağlı tələblərinə razılaşmayıb. 

Hökumət artıq üçüncü gündür bağlı qalıb, yüz minlərlə federal işçi maaşsız məzuniyyətə göndərilib. Bəzi muzey və abidələr bağlanıb, lakin Azadlıq Heykəli açıq saxlanılıb.


Senatda keçirilən səsvermələr nəticəsiz qalıb. Respublikaçılar yalnız maliyyələşdirmə qanunu qəbul etmək istəyib, demokratlar isə sosial sığorta subsidiyalarının daxil edilməsində israr ediblər.


Ekspertlərin sözlərinə görə, amerikalılar partiya maraqlarına görə parçalanıb və hər iki tərəfi günahlandırıblar. 750 mindən çox federal işçi işdən kənarlaşdırılıb, hava hərəkəti və təhlükəsizlik xidmətləri isə hələlik fəaliyyətini davam etdirib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et