Bu gün:

Qəzzada HƏMAS hərbi lideri atəşkəs planını rədd edib


ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 20 maddəlik atəşkəs planı İsrail tərəfindən qəbul edilib, lakin HƏMAS-ın hərbi qanadı buna qarşı çıxıb.

İzz əd-Din əl-Həddad planın HƏMAS-ı zəiflətmək üçün hazırlandığını düşünüb və mübarizəni davam etdirməyə qərarlı olub.


Plan HƏMAS-ın silahı təhvil verməsini və Qəzzanın idarəsində iştirak etməməsini nəzərdə tutub. Lakin girov məsələsi əsas maneə sayılıb: hazırda 48 nəfərin saxlandığı, onlardan yalnız 20-nin sağ olduğu bildirilib.


HƏMAS rəhbərliyi İsrailə etibar etmədiyini vurğulayıb, çünki girovlar azad edildikdən sonra əməliyyatların davam etdiriləcəyindən ehtiyatlanıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et