Bu gün:

Dağıstanda atışma: üç nəfər yaralanıb


Dağıstanın Uncukul kəndində məktəb binası yaxınlığında altı nəfərin iştirakı ilə baş verən atışma nəticəsində üç nəfər yaralanıb. 

Nazirliyin açıqlamasına görə, insidentdə altı nəfər iştirak edib və ilkin məlumata əsasən, qeyri-döyüş (travmatik) silahdan istifadə olunub. “Hadisə nəticəsində üç nəfər yaralanıb,” — deyə qurum bildirib.

Nazirlik həmçinin atışmanın məktəbin içində baş verdiyi barədə yayılan məlumatları təkzib edib.


Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et