Bu gün:

Sumud Filosu: Gəmilərimizə müdaxilə başlayıb


Qəzzaya yardım aparmaq məqsədilə Şərqi Aralıq dənizində irəliləyən Sumud Filosunun rəsmiləri gəmilərinin İsrail əsgərləri vasitəsilə saxlanıldığını bildiriblər.

Sumud Filosunun sosial media hesablarında yayılan açıqlamada “Kameralar deaktiv edilib və gəmilərə hərbi personal daxil olub” ifadələri yer alıb.

Təşkilat rəsmiləri gəmilərdə olan hər kəsin təhlükəsizliyini və vəziyyətini təsdiqləmək üçün aktiv şəkildə çalışdıqlarını bildiriblər. Hazırda filo Qəzza zolağından təxminən 80 dəniz mili məsafədədir.

Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et