Filippinin Palompon şəhərinin qərb sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Palompon şəhərindən təxminən 10 kilometr qərbdə və Kalape sahillərində yerləşdiyini bildirib.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 6,9 bal gücündə zəlzələ hələ ki, hər hansı tələfat və maddi ziyana səbəb olmayıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu zəlzələnin episentri Sebu əyalətinin Boqo şəhərində təxminən 17 kilometr dənizdə olmaqla 6,7 bal gücündə olduğunu bildirib.
Bəyanatda güclü axınlar və dəniz səviyyəsindəki sürətli dəyişikliklər barədə xəbərdarlıq edilib və sakinlər sahil xəttinə yaxınlaşmaqdan çəkinməyə çağırılıb.
Zəlzələ nəticəsində Sebu ştatının Daanbantayan şəhərində daş kilsənin dağıldığı və elektrik enerjisinin kəsildiyi bildirilir. Zəlzələni hiss edən sakinlər küçələrə axışıb.
Dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik Zonasında yerləşir və “Alov halqası” kimi də tanınır.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva