Bu gün:

II Azərbaycan–Özbəkistan Media Forumu açılıb


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, 30 sentyabrda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi keçirilib.

 Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığa həsr olunmuş videoçarxla başlanıb.

Forumda çıxış edənlər, o cümlədən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Özbəkistan nümayəndələri ölkələr arasında media sahəsində əməkdaşlığın gücləndirilməsinin, rəqəmsal medianın inkişafı, jurnalistikanın peşəkar standartlarının qorunması və informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıblar. Forum həm elmi, həm də praktik müstəvidə təcrübə mübadiləsi və ali təhsil müəssisələrinin əməkdaşlığı üçün mühüm imkanlar yaradır.

Forum “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyalarla davam edəcək.

Arzu Qafarova

Paylaş
Şərh əlavə et