Bu gün:

Moskvada Microsoft-a 42 min dollarlıq cərimə


Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məlumatları silmədiyinə görə Microsoft korporasiyasını 3,5 milyon rubl (təxminən 42 min dollar) məbləğində cərimələyib. 

Bu barədə Rusiya məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Microsoft” bir il əvvəl də eyni inzibati maddə üzrə məsuliyyətə cəlb olunub.

Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et