ABŞ Prezidenti Donald Tramp Qəzzadakı müharibəyə son qoymağa yönəlmiş planının bəşər tarixinin ən böyük günlərindən biri ola biləcəyini və Yaxın Şərqə "əbədi sülh" gətirə biləcəyini bildirib.Lakin Trampın Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşərkən açıqladığı 20 maddəlik təklif hər nə qədər bəzənmiş və şişirdilmiş görünməsə də, əhəmiyyətli bir diplomatik addımdır.
Plan Tramp administrasiyasının Qəzzanın müharibədən sonrakı gələcəyinə dair mövqeyində bir dəyişikliyi ifadə edir və Vaşinqtonun Netanyahuya bu il ərzində razılığa gəlməsi üçün göstərdiyi təzyiqdən daha artığını ortaya qoyur.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova