Bu gün:

Çinli qadın dünyanın ən böyük bitkoin əməliyyatında məhkum edilib


Çin vətəndaşı Zhimin Qian (Yadi Zhang) Londonda məhkəmədə günahını etiraf edib. O, 2014–2017-ci illərdə 128 mindən çox şəxsi aldadaraq milyardlarla funtu bitkoinə çevirib.

Metropoliten Polis Qianın üzərindən 61 min bitkoin müsadirə edib. Araşdırma yeddi il davam edib və bir neçə ölkəni əhatə edib.


Qiana bu işdə Jian Wen adlı qadın kömək edib. O, pulları daşınmaz əmlaka yatıraraq yumağa çalışıb və ötən il həbs olunub.


Qurbanların bir hissəsi Çində kompensasiya proqramı vasitəsilə pullarını geri alıb. Qian isə hazırda həbsdə saxlanılaraq cəzasını gözləyib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et